satellite   Azerspace-1: 11135 H 30000

Muxtar respublikada ötən il ərzində icbari tibbi sığorta ilə 13500-ə yaxın MRT və KT müayinəsi ödənişsiz icra olunub

Muxtar respublikada ötən il ərzində icbari tibbi sığorta ilə 13500-ə yaxın MRT və KT müayinəsi ödənişsiz icra olunub

Muxtar respublikada 2023-cü il ərzində icbari tibbi sığorta ilə 13500-ə yaxın MRT və KT müayinəsi ödənişsiz icra olunub.

Bu barədə Naxçıvan televiziyası-a Agentlikdən məlumat verilib. Qedy olunub ki, ixtisaslı həkim tərəfindən təyin olunan kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri icbari tibbi sığortanın təminatına daxildir. Baş-beyin, onurğa sütunu, döş qəfəsi, qarın boşluğu və çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumaların KT və MRT müayinələri vətəndaşlara ödənişsiz şəkildə göstərilir. 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta çərçivəsində aparılmış MRT müayinələrinin sayı 7890, KT müayinələrinin sayı isə 5577 olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM