TƏBİB: Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

TƏBİB: Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində işləyir.

Bu barədə NUHÇIXAN-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər ("Mitsubishi Pajero", "UAZ", "Mercedes Vito", "Volkswagen" markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə ötən gecədən bu gün səhər saat 14:00 radələrinədək 20-si qadın, 12-si kişi olmaqla, 32 nəfərin müraciəti qeydə alınıb. Onlardan 31 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən yalnız 1 nəfər hospitalizasiyadan imtina edib.

Qarlı hava şəraiti ilə bağlı müraciət edənlərlə əlaqədar əlavə məlumat veriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM