satellite   Azerspace-1: 11135 H 30000

Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq

Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq

Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində qeyd edib.

Planın azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM