satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktub Əfqanıstan XİN-ə təqdim olunub

Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktub Əfqanıstan XİN-ə təqdim olunub

Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktub Əfqanıstan Xarici İşlər Nazirliyinə təqdim olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kaxar Balxi “X” hesabında yazıb.

Bildirilib ki, Azərbaycan səfiri İlham Məmmədov Kabildə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Diplomat görüş zamanı Kabildə Azərbaycan səfirliyinin açılması ilə bağlı Əfqanıstan XİN başçısına rəsmi məktubu təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM