satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytarıb

Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytarıb

Azərbaycan Ermənistana 2022-ci ilin sentyabr hadisələri zamanı məhv edilmiş 225 erməni hərbçinin meyitini qaytarıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Əsirlərin, məhbusların və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan İdarələrarası Komissiyanın iclasında məlumat verib.

Onun sözlərinə görə, sentyabr hadisələri də daxil omaqla 44 günlük müharibədən sonra Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytarıb.

Xidmət rəhbəri bildirib ki, Azərbaycan müharibədən sonra ümumilikdə 173 hərbi qulluqçu və mülki şəxsi Ermənistana təhvil verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM