satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib

“Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ölkə hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib.

O bildirib ki, əsasnamə layihəsi bu yaxınlarda Azərbaycana təqdim olunub: “Biz bu sənədə cavab gözləyirik”.

Hökumət başçısının sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üzrə işin 3 mərhələsi artıq geridə qalıb: “Onu da deyim ki, təkliflərin mübadiləsi istiqamətində işlər həmişə üzbəüz görüşlər tələb etmir”.

Xatırladaq ki, N.Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdırıb. O söyləmişdi ki, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM