satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda müvəqqəti yaşamaq sənədini itirən 35 əcnəbi aşkarlanıb

Naxçıvanda müvəqqəti yaşamaq sənədini itirən 35 əcnəbi aşkarlanıb

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 35 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 465 müraciət daxil olub. Daxil olan müraciətlərdən 279-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 186 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 49-u elektron poçt üzərindən qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM