satellite   Azerspace-1: 11135 H 30000

Qarabağda erməni təxribatı: Azərbaycan qüvvələri diversantları məhv edib

Qarabağda erməni təxribatı: Azərbaycan qüvvələri diversantları məhv edib

Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisənin ilk təfərrüatları məlum olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumata görə, müəyyən, kifayət qədər uzun müddət ərzində Azərbaycan tərəfi əsas Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçməklə Ermənistan ərazisindən silah və sursatın Qarabağ bölgəsinə daşınması barədə siqnallar alıb.

Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident onu təsdiqləyir ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat və terror törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Aydındır ki, Nikol Paşinyanın psevdosülhpərvər ritorikasına baxmayaraq, “miatsuma” siyasətini davam etdirmək cəhdləri dayanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM