satellite   Azerspace-1: 11135 H 30000

Tatev Hayrapetyan: “Azərbaycan tərəfi sosial şəbəkələrdə həftənin 7 günü fasiləsiz, mütəşəkkil şəkildə işləyirlər”

Tatev Hayrapetyan: “Azərbaycan tərəfi sosial şəbəkələrdə həftənin 7 günü fasiləsiz, mütəşəkkil şəkildə işləyirlər”

“Sizə çox vacib bir komponenti deyim biləsiniz. Siz təsəvvür edin, Azərbaycan tərəfi tviter, sosial şəbəkələrdə və teleqram kanallarında 24 saat, həftənin 7 günü fasiləsiz, mütəşəkkil şəkildə işləyirlər”.

Naxçıvan televiziyası erməni mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanşünas, tarix elmləri namizədi Tatev Hayrapetyan bəyan edib.

“Mən bilmirəm, bu işlərə nə qədər resurs xərclənir, lakin onlar (azərbaycanlılar - Qeyd) 24 saat, həftənin 7 günü fasiləsiz işləyirlər. Təsəvvür edirsiniz, fasiləsiz və dayanmadan işlərini görürlər. Və bunlara qarşı mübarizə aparan ermənilər öz şəxsi təşəbbüsləri ilə olanlardır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM