satellite   Azerspace-1: 11135 H 30000

Moskvadakı səfirliyimiz növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırdır

Moskvadakı səfirliyimiz növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırdır

Rusiyada yaşayan Azərbaycan vətəndaşları növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə böyük maraq göstərirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Səfir vurğulayıb ki, Moskvadakı səfirliyimiz növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırdır. O əlavə edib: “Qeyd etməliyəm ki, bu, mənim Moskvada uzun illər fəaliyyət göstərdiyim müddətdə səfirliyimizdə keçirilən birinci seçkilər deyil, yəni, artıq təcrübə var. Amma bu dəfə Rusiyada yaşayan vətəndaşlarımızın daha böyük ruh yüksəkliyinin şahidi oluram”.

Polad Bülbüloğlu bildirib ki, Moskva ilə yanaşı, Azərbaycanın baş konsulluqlarının yerləşdiyi Sankt-Peterburq və Yekaterinburqda da seçki məntəqələri açılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM