satellite   Azerspace-1: 11135 H 30000

Məzahir Pənahov: "Müşahidəçi kimi müraciət edənlərin heç birinə mənfi cavab verilməyib"

Məzahir Pənahov: "Müşahidəçi kimi müraciət edənlərin heç birinə mənfi cavab verilməyib"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müşahidəçi kimi müraciət edənlərin heç birinə mənfi cavab verilmədiyini bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, o, qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada deyib ki, seçki prosesində ən vacib məsələ şəffaflıqdır.

Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya vasitələri belə seçkiləri çox rahatlıqla işıqlandıra bilirlər: "Onlar heç bir akkreditasiyadan keçmirlər. Jurnalist vəsiqəsi ilə birbaşa istədikləri məntəqədə seçki prosesini izləyə, çəkə bilərlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur. Eyni zamanda müşahidəçi kimi müraciət edən heç kəsə mənfi cavab verilməyib. Çünki proses çox sadədir, hətta heç komissiyanın iclasına belə çıxarılmayıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM