satellite   Azerspace-1: 11135 H 30000

TƏBİB: Araz zavodunda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

TƏBİB: Araz zavodunda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.

TƏBİB-dən Naxçıvan televiziyası-a bildirilib ki, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM