satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Xidməti "Whatsapp+"la bağlı məsələyə aydınlıq gətirib

Dövlət Xidməti "Whatsapp+"la bağlı məsələyə aydınlıq gətirib

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırıb. Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan, eləcə də etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.

Naxçıvan televiziyası-ın məlumatına görə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək məqsədilə istifadə edir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətlə yanaşmağa çağırır. ETX vətəndaşlara cihazlarına tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən onlara verilən icazələri mütləq qaydada nəzərdən keçirməyi tövsiyə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM