satellite   Azerspace-1: 11135 H 30000

MEDİA-nın İcraçı direktorunun müavini təyin olunan Natiq Məmmədli kimdir? - DOSYE

MEDİA-nın İcraçı direktorunun müavini təyin olunan Natiq Məmmədli kimdir?<font color='red'> - DOSYE </font>

Xəbər verdiyimiz kimi, Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilib.

Naxçıvan televiziyası Natiq Məmmədlinin dosyesini təqdim edir:

Natiq Məmmədli 1977-ci il mayın 5-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 

1990-cı illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb. 

O, mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Natiq Məmmədlinin təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.

Qeyd edək ki, Natiq Məmmədli bu təyinata qədər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM