satellite   Azerspace-1: 11135 H 30000

KXDR Sarı dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb

KXDR Sarı dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Sarı dənizə doğru bir neçə qanadlı raket buraxıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin birləşmiş qərargahı açıqlama yayıb. Qanadlı raketlər yerli vaxtla səhər saat 7:00 radələrində buraxılıb. Raketlərin sayı və onların uçuş parametrləri barədə məlumat verilmir. Bu, Şimali Koreyanın cari ildə ilk qanadlı raket buraxılışıdır.

Qərargah Şimali Koreyanın hərbi aktivliyinin diqqətdə saxlanıldığını və məsələyə dair ABŞ hərbçiləri ilə əlaqələndirmə aparıldığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM