satellite   Azerspace-1: 11135 H 30000

Çexiyada qatar qəzaya uğrayıb, ölən və yaralananlar var

Çexiyada qatar qəzaya uğrayıb, ölən və yaralananlar var

Çexiyanın şimal-şərqindəki Karvina şəhəri yaxınlığında sərnişin qatarı ilə yük maşınının toqquşması nəticəsində qatarın maşinisti həlak olub, 16 sərnişin yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Çex Dəmir Yolları” şirkətinin rəhbərliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün qatar yük maşını ilə toqquşub. Maşinist həlak olub. Avtomobil dəmiryol keçidində qatarın yolunu kəsib. İlkin məlumata görə, qatarın 16 sərnişini xəsarət alıb", - paylaşımda qeyd edilib.

Məlumata görə, qatarda ümumilikdə 35 sərnişin olub, onlar təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM