satellite   Azerspace-1: 11135 H 30000

Danimarka Ukraynanın kibertəhlükəsizliyini gücləndirmək üçün maliyyə vəsaiti ayırıb

Danimarka Ukraynanın kibertəhlükəsizliyini gücləndirmək üçün maliyyə vəsaiti ayırıb

Danimarka Ukraynanın Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin kibertəhlükəsizliyini gücləndirmək üçün 91 milyon kron (13,26 milyon ABŞ dolları) məbləğində maliyyə vəsaiti ayırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Kiberhücumlar Rusiya və Ukrayna arasında müharibənin ayrılmaz hissəsidir. Rusiya kiberhücumlar vasitəsilə Ukraynanın müdafiəsini zəiflətməyə çalışır. Bununla bağlı ötən gün Danimarka və İT koalisiyasının digər üzvləri əməkdaşlıq müqaviləsi imzalayıb”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, bu koalisiyaya İslandiya, İtaliya, Latviya, Litva, Niderland və Ukrayna daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM