satellite   Azerspace-1: 11135 H 30000

Ararat Mirzoyan: Ermənistan yeni müttəfiqlər axtarır

Ararat Mirzoyan: Ermənistan yeni müttəfiqlər axtarır

Ermənistan 2020-ci ildəki müharibədə məğlubiyyətdən sonra yeni müttəfiqlər axtarır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, hər bir rasional düşünən cəmiyyət daim yeni müttəfiqlər tapmaq üçün səy göstərməlidir. Ermənistan üçün bu, 2020-ci il müharibəsi və sonrakı hadisələr zamanı müttəfiqlərdən dəstək mexanizmlərinin fəaliyyətsizliyi səbəbindən daha aktual olub.

“Təbii ki, yeni müttəfiqlərin axtarışı, ilk növbədə, təhlükəsizlik sahəsindəki məsələləri həll etmək üçün lazımdır”, - deyə nazir vurğulayıb. Lakin o, təhlükəsizlik sistemləri ilə bağlı hər hansı sənədin imzalanması barədə yayılan məlumatları təkzib edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM