satellite   Azerspace-1: 11135 H 30000

Rusiya TŞ-nin katibi iranlı həmkarı ilə yeni uzunmüddətli sazişin hazırlanmasını müzakirə edib

Rusiya TŞ-nin katibi iranlı həmkarı ilə yeni uzunmüddətli sazişin hazırlanmasını müzakirə edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada iranlı həmkarı Əli Əkbər Əhmədian ilə danışıqlarda Moskva ilə Tehran arasında yeni uzunmüddətli sazişin hazırlanmasını müzakirə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

"Görüşdə yeni ikitərəfli hərtərəfli uzunmüddətli sazişin hazırlanması məsələsinə toxunulub. Bu fundamental sənədin imzalanmasının bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verəcəyi vurğulanıb”, - məlumatda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM