satellite   Azerspace-1: 11135 H 30000

Rusiya MN: “Belqorodda hərbi təyyarənin vurulması terror aktıdır”

Rusiya MN: “Belqorodda hərbi təyyarənin vurulması terror aktıdır”

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin səmasında İL- 76 hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazirliyin hadisə ilə bağlı yeni açıqlamasında bildirilib.

Qeyd olunub ki, rəsmi Kiyev Belqorod vilayətində İl-76 təyyarəsini vuraraq terror aktı törədib: “Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM