satellite   Azerspace-1: 11135 H 30000

Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib

Ədən körfəzi yaxınlığında gəmiyə hücum edilib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmən sahillərində gəmiyə hücum edildiyini açıqlayıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, hadisə Yəmənin Ədən limanından 45 dəniz mili cənubda baş verib.

“Səlahiyyətlilər araşdırmalar aparır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, - məlumatda qeyd edilib.

Koordinasiya Mərkəzi hadisəni hücum kimi təsnif edərək, bu barədə məlumatın gəminin kapitanından alındığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM