satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna F-16 təyyarələrini qəbul etməyə hazır deyil

Ukrayna F-16 təyyarələrini qəbul etməyə hazır deyil

Avropa ölkələri Ukraynaya F-16 qırıcıları versələr belə, Kiyev onları qəbul edə bilməyəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat “Rada” telekanalının efirində deyib. Onun sözlərinə görə, hazırda F-16 qırıcılarının yerləşdirilməsi üçün Ukraynada lazımi infrastruktur və onları idarə etməyi öyrənmiş pilotlar yoxdur.

“Bunlar müvafiq şərait, təchiz olunmuş aerodromlar və pilotlar tələb edən aviasiya kompleksləridir”, - deyə Yuri İqnat əlavə edib.

Ukraynanın Qərb təyyarələrini nə vaxt qəbul edə biləcəyi ilə bağlı müxtəlif proqnozların verildiyini vurğulayan Hərbi Hava Qüvvələrinin nümayəndəsi konkret tarix səsləndirməyib.

Qeyd edək ki, hazırda altı ukraynalı pilot F-16 qırıcılarının idarə edilməsi üzrə Danimarkada təlim keçir. 2023-cü il avqustun sonunda Niderland 42, Danimarka isə 19 ədəd F-16 qırıcısını Ukraynaya verməyə hazır olduqlarını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM