satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Təhlükəsizlik Xidməti İl-76 təyyarəsinin qəzası ilə bağlı cinayət işi açıb

Ukrayna Təhlükəsizlik Xidməti İl-76 təyyarəsinin qəzası ilə bağlı cinayət işi açıb

Ukrayna Təhlükəsizlik Xidməti göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu iddia edilən İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

Naxçıvan televiziyası xəbər verir ki, Ukrayna mediası bu barədə Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.

“Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsinin Belqorod vilayəti üzərində qəzaya uğraması ilə bağlı cinayət işi açıb”, – deyə qurumdan bildirilib.

Cinayəti işi müharibə qanunlarının pozulması maddəsi ilə təsnifat olunub.

Bir müddət öncə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı nəqliyyat təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurduğunu dolayısı ilə etiraf edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM