satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara yardım göstərəcək

Macarıstan Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara yardım göstərəcək

Macarıstan Moldovanın Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyir və bu məsələ ilə bağlı danışıqların tez və effektiv şəkildə aparılmasına kömək edəcək.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə moldovalı həmkarı Dorin Reçan ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Macarıstan Moldovanın Avropa İttifaqına üzvlüyünü qeyd-şərtsiz dəstəkləyir”, - Macarıstanın hökumət başçısı bildirib.

Onun sözlərinə görə, söhbət təkcə Aİ-yə üzvlüyün Moldova üçün faydalı olacağından deyil, həm də Avropa İttifaqının yeni enerjiyə ehtiyacı olmasından gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM