satellite   Azerspace-1: 11135 H 30000

Finlandiya Türkiyənin qərarını alqışlayıb

Finlandiya Türkiyənin qərarını alqışlayıb

Finlandiya Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.
“Alyans İsveçlə daha güclü olacaq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Bundan bir gün əvvəl isə Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.

İndi İsveçin NATO-ya üzvlüyü üçün ancaq Macarıstanın ratifikasiyasına ehtiyac var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM