satellite   Azerspace-1: 11135 H 30000

Rusiyalı mütəxəssislər vurulan hərbi təyyarənin "qara qutu"sunu araşdırmağa başlayıblar

Rusiyalı mütəxəssislər vurulan hərbi təyyarənin "qara qutu"sunu araşdırmağa başlayıblar

Rusiyalı mütəxəssislər yanvarın 24-də Belqorod vilayətində vurulan İL-76 hərbi-nəqliyyat təyyarəsinin "qara qutu"larındakı məlumatı araşdırmağa başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təyyarənin "qara qutu"ları yararlı vəziyyətdədir.

Xatırladaq ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu iddia edilir. Rəsmi Kiyev hələ ki məlumatı təsdiqləməyib. Həm Moskva, həm də Kiyev hadisə ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM