satellite   Azerspace-1: 11135 H 30000

Yəmən sahillərində daha bir gəmiyə raket hücumu olub

Yəmən sahillərində daha bir gəmiyə raket hücumu olub

Böyük Britaniyanın Dəniz Ticarət Ofisi (UKMTO) Yəmənin Qırmızı dəniz sahillərində üzən gəmiyə raket zərbələri endirildiyini bildirib.

Naxçıvan televiziyası İnterfaks-a istinadən xəbər verir ki, hadisə bu gün Hodeydadan təxminən 111 km aralıda baş verib.

"Partlayış səsi eşidilib və raketlər görünüb. Növbəti partlayış gəmidən təxminən 1 km aralıda qeydə alınıb, o, dənizdə baş verib", - UKMTO-nun açıqlamasında deyilir.

Eyni zamanda gəminin hansı ölkəyə məxsus olduğu və hansı bayraq altında üzdüyü açıqlanmayıb.

Yəmənin husi üsyançıları vaxtaşırı Qırmızı dənizdə gəmilərə və hərbi gəmilərə atəş açır. Belə ki, onlar Qəzza zolağında İsrailə qarşı döyüşən fələstinli qruplara dəstək ifadə edirlər. Husilər İsrail dövlətini tanımır və onun ərazisini Fələstinin bir hissəsi hesab edirlər.

ABŞ və Böyük Britaniya yanvar ayında husilərin hədəflərinə bir neçə silsilə zərbələr endirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM