satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti mediaya açıqlama verib

Türkiyə Prezidenti mediaya açıqlama verib

İsveçin NATO-ya üzvlüyü ilə bağlı qərar layihəsi Türkiyə Böyük Millət Məclisindən keçərək mənim imzamla qüvvəyə mindi. ABŞ-ın da aidiyyəti qurumlarına bununla bağlı göstəriş verilib. Hazırda oradan çıxacaq qərar gözlənilir. Ən qısa zamanda oradan gələcək nəticələr bizə F-16-ların Türkiyəyə göndərilməsi, eləcə də bütün təmir, texniki xidmət və əlaqədar proseslərə başlamağa imkan verəcək. Biz bunu gözləyirik.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında səsləndirib.

Qeyd edilən prosesi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinkenin yaxından izlədiklərini qeyd edən Ərdoğan bildirib ki, bu addım istər Kanada, istər İsveç, istərsə də bütün Qərb ölkələri üçün Türkiyənin mövqeyini göstərməsi baxımından olduqca vacibdir.

Bunun eyni zamanda NATO üçün də ayrı bir güc mənbəyi olduğunu deyən Türkiyə Prezidenti ölkəsinin eyni əzmlə yola davam etdiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM