satellite   Azerspace-1: 11135 H 30000

İsveçrə və NATO ölkələrindən olan hərbi pilotlar İspaniyada təlim keçəcəklər

İsveçrə və NATO ölkələrindən olan hərbi pilotlar İspaniyada təlim keçəcəklər

İsveçrə Hərbi Hava Qüvvələrinin pilotları yanvarın 26-dan fevralın 9-dək NATO ölkələrinin - Yunanıstan, İspaniya, İtaliya, Fransa və Çexiyanın hərbi pilotları ilə birlikdə Albasete (İspaniya) şəhərində təlim keçəcəklər.

Naxçıvan televiziyası xəbər verir ki, İsveçrə hökumətinin məlumatına görə, Bern təlimdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının bir hissəsi və Madrid ilə ikitərəfli razılaşma əsasında iştirak edir.

Açıqlamada deyilir ki, Taktiki Liderlik Proqramı (TLP 241) təliminin məqsədi beynəlxalq əməkdaşlıq yolu ilə İsveçrə Ordusunun müdafiə qabiliyyətini gücləndirməkdir.

İspaniyaya təxminən 36 İsveçrə hərbçisi gedəcək. Təlimlərə, ümumilikdə, 300-dən çox hərbi qulluqçu, 30-a yaxın döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi cəlb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM