satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda uşaq birliyi təşkilatının rəhbərləri üçün işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri elan olunub

Naxçıvanda uşaq birliyi təşkilatının rəhbərləri üçün  işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri elan olunub

Nazirlikdən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 15-23 yanvar tarixləri arasında keçirilən tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin Uşaq birliyi təşkilatının rəhbərləri vəzifəsi üçün müsahibə mərhələsinin nəticələri elan olunub. Belə ki, müsahibə mərhələsində müsahibə balını toplayan və vəzifəyə uyğun hesab edilən namizədlərdən 1-i müvəqqəti, 9-u isə daimi işlə təmin olunub. 

Qeyd edək ki, işə qəbul müsabiqəsinə muxtar respublikanın ümumtəhsil məktəblərində vakant olan 10 Uşaq birliyi təşkilatı vəzifəsi çıxarılmış, həmin vəzifələrə 228 namizəd sənəd vermiş, onlardan 158-i müsabiqənin test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq müsahibə mərhələsinə buraxılmışdı. 

Uşaq birliyi təşkilatının rəhbərləri üçün keçirilən işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi tehsil.nmr.az internet saytında yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM