satellite   Azerspace-1: 11135 H 30000

DİM sədri: "İmtahanda abituriyentlərə verilən suallar tədris proqramından kənar olmur"

DİM sədri: "İmtahanda abituriyentlərə verilən suallar tədris proqramından kənar olmur"

İmtahanda abituriyentlərə təqdim edilən suallar heç vaxt tədris proqramından kənar olmur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər imtahandan sonra da sualların cavabları şərh olunur: "Hətta qeyd edirik ki, hansı dərslikdə, hansı səhifədə sualın cavabı var. Bunu ildən-ilə də təkrar edirik. Təəssüf ki, bunu ictimaiyyətə düzgün təqdim etməyən şəxslər valideynlər arasında yanlış fikirlər formalaşdırırlar. Başa düşürəm ki, valideynlərə yeni proqramla övladına kömək etmək çətindir. Amma zaman dəyişir, tədris prosesi gələcək üçün kadr hazırlayır. Təbii ki, 5-10 il əvvəlki proqram və dərsliklər dəyişir. Valideynlər birinci sinifdən həmin dərslikləri övladları ilə birgə oxusaydılar, imtahana düşən sualların dərslikdən kənar olmadığını görəcəklər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM