satellite   Azerspace-1: 11135 H 30000

“Real Madrid” Arda Güləri başqa komandaya göndərir

“Real Madrid” Arda Güləri başqa komandaya göndərir

İspaniyanın “Real Madrid” klubu futbolçusu Arda Güləri icarəyə verməyə hazırlaşır.

Naxçıvan televiziyası İspaniya mətbuatına xəbər verir ki, “kral klubu” bu mövsüm az oyun praktikası qazanan 18 yaşlı yarımmüdafiəçini yayadək başqa komandaya göndərməyi planlaşdırır.

Türkiyəli oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi iki matçda meydana çıxıb. Bunlardan biri ölkə kuboku, digəri isə İspaniya Superkuboku uğrunda qarşılaşma olub.

Qeyd edək ki, Arda Gülər ötən ilin yayında “Fənərbağça”dan 20 milyon avro qarşılığında “Real Madrid”ə transfer olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM