satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" heyətini "Neftçi"nin yetirməsi ilə gücləndirib

"Araz-Naxçıvan" heyətini "Neftçi"nin yetirməsi ilə gücləndirib

"Araz-Naxçıvan" klubu heyətini "Neftçi"nin yetirməsi ilə gücləndirib.

Naxçıvan təmsilçisindən Naxçıvan televiziyası-a verilən məlumata görə, komanda Ramin Nəsirli ilə anlaşıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə “6 ay+1 il” şərti ilə müqavilə imzalanıb.

“Neftçi”nin yetirməsi olan R.Nəsirli Latviyanın güclülər dəstəsində çıxış edən “Dauqavpils” klubunda bir müddət legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.

Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer dövründə İldar Alekperovu “Sabah”dan icarəyə götürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM