satellite   Azerspace-1: 11135 H 30000

Messi XXI əsrdə ən çox qol vuran cənubi amerikalı futbolçudur

Messi XXI əsrdə ən çox qol vuran cənubi amerikalı futbolçudur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrdə ən çox qol vurmuş cənubi amerikalı futbolçularının reytinqini tərtib edib.

Naxçıvan televiziyası xəbər verir ki, bombardirlər siyahısına ABŞ-ın “İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi başçılıq edir. 37 yaşlı forvard XXI əsrdə ümumilikdə 821 dəfə fərqlənib.

Uruqvay millisinin hücumçusu Luis Suares (557) ikinci, onun həmyerlisi Edinson Kavani (440) isə üçüncü pillədə qərarlaşıb.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun formasını geyinən braziliyalı Neymar isə 339 dəfə fərqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM