Xorvatiya millisinin və İtaliyanın “Milan” klubunun sabiq yarımmüdafiəçisi Zvonimir Boban UEFA-nın Futbol Departamentinin rəhbəri postundan gedib.
Naxçıvan televiziyası Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı funksionerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tanınmış futbolçunun Aleksander Çeferinin 2031-ci ilə qədər UEFA prezidenti vəzifəsində qalacağı ilə bağlı qərarın qəbul edilməsinə görə istefa verdiyi iddia olunur. Qeyd edək ki, Zvonimir Boban təşkilata 2021-ci ildə qoşulub. O, UEFA Futbol Şurasının və Gənclər Futbol Forumunun yaradılması kimi mühüm layihələrin təşəbbüskarı olub.
