satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Superliqası : “Qalatasaray” qələbə sayəsində liderlə xallarını bərabərləşdirib

Türkiyə Superliqası : “Qalatasaray” qələbə sayəsində liderlə xallarını bərabərləşdirib

Futbol üzrə Türkiyə Superliqasında XXII tura yekun vurulub.

Naxçıvan televiziyası xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” doğma meydanda “İstanbulspor”u qəbul edib. Görüş “Cim-Bom”un 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Sarı-qırmızılılar”ın heyətində qolları Kərəm Aktürkoğlu (2) və Mauro İkardi vurublar.

Günün digər oyunlarında “Samsunspor” “Kayserispor”a 2:0, “Rizəspor” isə "Trabzonspor"a 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 22 turdan sonra turnir cədvəlinə 57 xalla “Fənərbağça” başçılıq edir. Eyni xala malik “Qalatasaray” ikincidir. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 36 xalla dördüncü pillələrdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM