satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqası: XX tura Tovuzda start verilir

Azərbaycan Premyer Liqası: XX tura Tovuzda start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Hazırda 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Turan Tovuz” doğma meydanda 27 xalla 5-ci sırada yer alan “Səbail”i qəbul edəcək. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 15:00-da başlayacaq.

İki komanda indiyədək ölkə çempionatında 6 dəfə üz-üzə gəlib. Bunların 1-də meydan sahibləri, 2-də qonaqlar qələbə qazanıblar. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “dənizçilər”in üstünlüyü var – 10:8.

“Səbail” 5 görüşdür rəqibinə uduzmur. “Turan Tovuz” bütün matçlarda qol vurub.

Qeyd edək ki, turun “Kəpəz” – “Qarabağ” və “Zirə” – “Sabah” oyunları yanvarın 27-də, “Araz-Naxçıvan” – “Sumqayıt” və “Neftçi”– “Qəbələ” matçları isə yanvarın 28-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

XX

26 yanvar (cümə)

15:00. “Turan Tovuz” – “Səbail”

Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tovuz şəhər stadionu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM