satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın daha dörd cüdoçusu Qran-Pridə mübarizəyə qoşulur

Azərbaycanın daha dörd cüdoçusu Qran-Pridə mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-Pri turnirində mübarizəyə qoşulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, yarışın ikinci günündə kişilərin mübarizəsində Rəşid Məmmədəliyev (73 kiloqram) Cənubi Koreya təmsilçisi Heonçeoi Kanq, Nurlan Osmanov (73 kiloqram) fransalı Reda Sedduki ilə qarşılaşacaq.

Səid Mollayi (81 kiloqram) Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün güclüsü ilə, Zelim Tçkayev (81 kiloqram) isə Xorxe Peres (Çili) / Aurelien Bonferroni (İsveçrə) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Qran-Pri turnirinin ilk günündə Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar. Yarışa yanvarın 28-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM