satellite   Azerspace-1: 11135 H 30000

Faktiki hava: Ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir

Faktiki hava: Ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb.

Xidmətdən Naxçıvan televiziyası-a verilən məlumata görə, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək isti, Naxçıvan Muxtar Respublikasında 5°-dək şaxta, Aran rayonlarında 1° şaxtadan 1°-dək isti , dağlıq rayonlarda 7°, yüksək dağlıq ərazilərdə isə 11°-dək şaxtadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM