satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda "Mən mühasib olmaq istəyirəm" təliminə start verilib - FOTOLAR

Naxçıvanda "Mən mühasib olmaq istəyirəm" təliminə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda "Mən mühasib olmaq istəyirəm" təliminə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda "Mən mühasib olmaq istəyirəm" təliminə start verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyi və 2 fevral-Gənclər Gününə həsr olunmuş "Mən mühasib olmaq istəyirəm" adlı üçgünlük təlimlərə start verilib.

Təlimdə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan gənc maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan gənclər olmaqla ümumilikdə 70 nəfər iştirak edib.

Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova  Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatların mühasibat uçotu sahəsində də ənənəvi uçot sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələndiyini qeyd edib.

Təlimdə mərkəzin baş mütəxəssisi Aytən Mənsumzadə mühasibat uçotunun mahiyyəti və mühasibin müəssisədəki rolunun vacibliyindən danışıb. Təlimçi  maliyyə bərabərliyi, onun tərkib elementləri, əməliyyatlar əsasında müxabirləşmələrin aparılması və bu əməliyyatların maliyyə bərabərliyinə təsirini əyani şəkildə izah edib.

Proqrama uyğun olaraq təlimin növbəti iki gün ərzində davam etməsi nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM