satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan Rusiyaya göndərilən yumurta sayı 4,5 milyona çatıb

Azərbaycandan Rusiyaya göndərilən yumurta sayı 4,5 milyona çatıb

Azərbaycan Rusiyaya 306 min ədəd yumurta tədarük edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilir ki, yanvarın 26-da Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya daha 18 ton (306 min ədəd) yumurta gətirilib. Bununla da ölkəmizdən Rusiyaya ümumilikdə 4,5 milyon ədəd yumurta ixrac edilib.

“Rosselxoznadzor”un məlumatında o da qeyd olunub ki, Türkiyədən Rusiyaya indiyədək 1,5 milyon ədəd yumurta göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM