satellite   Azerspace-1: 11135 H 30000

Növbədənkənar prezident seçkiləri üzrə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Növbədənkənar prezident seçkiləri üzrə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, beynəlxalq müşahidəçilərin sayı 400 nəfərə yaxındır. M.Pənahov söyləyib ki, bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM