satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur

Lavrov: Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyəti yoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında "Report"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.

"Qarabağı hər kəs Azərbaycan ayrılmaz hissəsi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil. Bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmləndirməsində müsbət rol oynayır", - nazir vurğulayıb.

S.Lavrov bildirib ki, Vladimir Putin 2020-ci ildə müharibənin dayandırılmasında həlledici rol oynayıb: "Rusiya, Azərbaycan və Ermənistan arasında bəzi parametrləri, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasını, ticarət və nəqliyyat əlaqələrinin bərpa edilməsi və sülh sazişinin imzalanmasını əhatə edən bir neçə üçtərəfli sənəd ən yüksək səviyyədə razılaşdırıldı. Son zamanlar müşahidə edirik ki, bütün bu razılıqların əldə olunmasından sonra qərbli həmkarlarımız Rusiyanın prosesdə rolunu və bu istiqamətdə irəliləyişə nail olmasını düzgün saymır. Onlar Azərbaycan və Ermənistanı Brüsselə, Parisə, Vaşinqtona, Praqaya çağırır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM