satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın xaricdəki diplomatik missiyalarında prezident seçkiləri Koreyada başlayacaq, ABŞ-də bitəcək

Azərbaycanın xaricdəki diplomatik missiyalarında prezident seçkiləri Koreyada başlayacaq, ABŞ-də bitəcək

Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkənin Koreyadakı səfirliyində başlayaraq ABŞ-nin Los-Anceles şəhərindəki Baş Konsulluğunda tamamlanacaq.

Bu barədə Naxçıvan televiziyası-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, seçkilər ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM