Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov özünün rəsmi feysbuk hesabında yazıb.
Paylaşımda deyilir: "AŞPA-nın qurumda Azərbaycan milli nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqindən imtina etməsi barədə dünənki qətnaməsi biabırçılıqdır. Aydındır ki, bu, Azərbaycanı müharibədə qalib gəldiyinə və ərazi bütövlüyünü bərpa etdiyinə görə "cəzalandırmaq" cəhdidir".
