satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

MTX yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritənin veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar dinc əhali üçün təhlükə yaratmaqda davam edir.

2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM