satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 6045 vətəndaş cəmiyyəti təmsilçisi prezident seçkilərini müşahidə edəcək

Azərbaycanda 6045 vətəndaş cəmiyyəti təmsilçisi prezident seçkilərini müşahidə edəcək

Azərbaycanda fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfərə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.

Naxçıvan televiziyası Secki-2024.az saytına istinadən xəbər verir ki, bu da 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə çoxdur.

Eyni zamanda müşahidə prosesinə qoşulacaq QHT-lərin sayı da artıb. Belə ki, hazırda prezident seçkilərini izləmək 78 QHT-nin müşahidəçisi qeydiyyatdan keçib.

Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM